Digər
1543-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1543-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 146 873 PUA-sı, 661 zenit-raket kompleksi, 29 326 tank və digər zirehli texnikası, 1 720 reaktiv yaylım atəş sistemi, 34 949 artilleriya və minaatanı, 61 727 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az