İdman
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" səfərdə xal itirdi
İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində "Bornmut - "Mançester Yunayted" qarşılaşması keçirilib. Oxu.Az xəbər verir ki, "Vitaliti" stadionundan baş tutan oyun qollu heç-heçə ilə yekunlaşıb - 2:2. Harri Maquayr 77-ci dəqiqədə bribaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. Bu nəticə ilə "qırmızı şeytanlar" xal ehtiyatını 55-ə çatdıraraq 3-cü pillədə qalıb. 42 xala malik "Bornmut" 10-cu yerdədir. Turnir cədvəlinə 31 oyundan sonra 70 xalla "Arsenal" başçılıq edir.
Mənbə
oxu.az