İdman
Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
Bu gün Misli Premyer Liqasının XXV turunun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" klubu "Qarabağ"la üz-üzə gələcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Neftçi" "İmişli"ni qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Palms Sports Arena"da oynanılacaq. Misli Premyer Liqası XXV tur 20 mart 15:00. "Kəpəz" - "Qarabağ" Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev. VAR: Rauf Cabarov. AVAR: Namiq Hüseynov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Elman Musayev. Yevlax şəhər stadionu. 19:15. "Neftçi" - "İmişli" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov. VAR: İnqilab Məmmədov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elgiz Abbasov. "Palms Sports Arena".
Mənbə
oxu.az