İdman
UEFA Konfrans Liqası: "Samsunspor" turnirlə vidalaşdı, "Şaxtyor" 1/4 finala çıxdı - VİDEO
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunları başa çatıb. Oxu.Az xəbər verir ki, "Rayo Valyekano" - "Samsunspor" qarşılaşması maraq kəsb edən görüşlərdən biri olub.
Oyun Türkiyə təmsilçisinin minimal hesablı (0:1) qələbəsi ilə yekunlaşsa da, bu, qonaqların növbəti mərhələyə adlamaları üçün kifayət etməyib. Tərəflər arasında ilk qarşılaşma ispanların qələbəsi ilə (1:3) başa çatdığından "Rayo Valyekano" 1/4 final mərhələsinə vəsiqə qazanıb. Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" evdə "Lex"ə uduzub - 1:2. Lakin Ukrayna təmsilçisi ilk matçdan 1:3 hesabı ilə qalib ayrıldığına görə, "Şaxtyor" adını növbəti mərhələyə yazdırıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: AEK - "Selye" - 0:2 (ilk oyun 4:0); "AEK Larnaka" - "Kristal Pelas" - 1:2 (əlavə vaxtda) (0:0); "Maynts 05" - "Siqma Olomouts" - 2:0 (0:0); "Rakuv" - "Fiorentina" - 1:2 (1:2); "Sparta" - "AZ Alkmaar" - 0:4 (1:2); "Strasburq" - "Riyeka" - 1:1 (2:1).

Mənbə
oxu.az