İdman
UEFA Avropa Liqası: "Aston Villa", "Portu", "Bolonya" və "Real Betis" növbəti mərhələdə - VİDEO
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları başa çatıb. Oxu.Az xəbər verir ki, turun maraqla gözlənilən görüşlərindən biri "Roma" və "Bolonya" klubları arasında baş tutub.
İlk matçda qollu heç-heçəyə razılaşan (1:1) İtaliyanın iki təmsilçisi cavab oyununda hərəyə üç dəfə fərqlənib - 3:3. Əsas vaxta əlavə edilmiş hissələrdə "Bolonya" daha bir dəfə fərqlənərək 1/4 final mərhələsində iştirak hüququ qazanıb. "Portu" - "Ştutqart" matçında 2:0 hesablı nəticə qeydə alınıb. İlk görüşdə də qalib gələn (1:2) Portuqaliya təmsilçisi 1/4 final mərhələsində çıxış etmək hüququ əldə edib. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Frayburq" - "Genk" - 5:1 (ilk oyun 0:1); "Lion" - "Selta Viqo" - 0:2 (1:1); "Midtyulland" - "Nottingem Forest" - 1:2 (penaltilərdə 0:3) (ilk oyun 1:0). "Aston Villa" - "Lill" - 2:0 (1:0); "Real Betis" - "Panatinaikos" - 4:0 (0:1).

Mənbə
oxu.az