İdman
UEFA Konfrans Liqası: "Fiorentina" və "Kristal Pelas" növbəti mərhələyə çıxdılar
UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri "AEK Larnaka" və "Kristal Pelas" klubları arasında baş tutub. İlk qarşılaşmada heç-heçəyə (0:0) razılaşan tərəflər bu dəfə də matçın əsas vaxtında qalibi müəyyən edə bilməyiblər - 1:1. Matçın əsas vaxtına artırılmış hissələrdə ingilislər daha bir dəfə fərqlənərək növbətə mərhələyə çıxıblar. "Rakuv" və "Fiorentina" klubları arasında keçirilmiş cavab oyununda 1:2 hesablı nəticə qeydə alınıb. İlk görüş də İtaliya təmsilçisinin eynihesablı qələbəsi ilə başa çatdığına görə, "Fiorentina" 1/4 final mərhələsinə vəsiqə əldə edib. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: AEK - "Selye" - 0:2 (ilk oyun 4:0); "Maynts 05" - "Siqma Olomouts" - 2:0 (0:0).
Mənbə
oxu.az