İdman

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

19 Mar 2026, 22:52 1 baxış
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib. Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan yeddi çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq. Sabah start götürəcək Tbilisi "Böyük Dəbilqə"sinin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq. Kişilər 66 kq, 1/32 final Turan Bayramov - Kilian Noel (Fransa) 66 kq, 1/16 final Rəşad Yelkiyev - Yoxem van Harten (Niderland) 73 kq, 1/32 final Kamran Süleymanov - Rey Marinks (Belçika) 73 kq, 1/16 final Hidayət Heydərov - Zelemxan Batçayev (Belçika) +100 kq, 1/8 final Camal Qamzatxanov - Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə Kənan Nəsibov - Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə Qadınlar 48 kq, 1/16 final Könül Əliyeva - Mişel Altanşaqay (Monqolustan) 52 kq, 1/8 final Leyla Əliyeva - Gefen Primo (İsrail) 70 kq, 1/16 final Südabə Ağayeva - Nino Qulbani (Gürcüstan) Aytac Qardaşxanlı - Şirincon Yuldoşova (Özbəkistan) +78 kq, 1/8 final Madina Kaisinova - Erika Simonetti (İtaliya)
Mənbə oxu.az

Oxşar Xəbərlər