Cəmiyyət

ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq

19 Mar 2026, 21:48 2 baxış
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
ABŞ-nin Bakıdakı səfirliyi Novruz və Ramazan bayramları münasibətilə 20-24 mart tarixlərində bağlı olacaq. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında məlumat yayılıb. Qeyd olunub ki, səfirlik martıb 25-də fəaliyyətini bərpa edəcək. "ABŞ səfirliyi adından hər kəsə təhlükəsiz və xoş bayram arzulayırıq. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız yaranarsa, +994 12 488 33 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yaxın Şərqdə olan ABŞ vətəndaşları üçün konsulluq məlumatı və ya yardım almaq məqsədilə Dövlət Departamentinin 24/7 fəaliyyət göstərən Qaynar Xətti ilə əlaqə saxlayın: xaricdən +1-202-501-4444, ABŞ daxilindən isə 1-888-407-4747",- məlumatda qeyd edilib.
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər