İdman
Erlinq Holand yeni şahmat çempionatının investoru oldu
"Mançester Siti" futbol klubunun norveçli hücumçusu Erlinq Holand "Norway Chess" turnirinin və "Total Chess World Championship" yeni dünya çempionatının investoru olub. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb. 2025-ci ilin oktyabrında FIDE və "Norway Chess" klassik şahmat, rapid və blits üzrə qalibləri müəyyən edəcək yeni dünya çempionatının yaradıldığını elan etmişdilər. 2026-cı ilin payızında turnir pilot formatda keçiriləcək. İlk tammiqyaslı çempionat isə 2027-ci ilə planlaşdırılıb. Yarışın ümumi mükafat fondu 2.7 milyon dollar təşkil edəcək. Qeyd olunur ki, E.Holand iş adamı Morten Borge ilə birlikdə "Norway Chess"in sahibi olacaq "Chess Mates" şirkətini təsis edib.
Mənbə
oxu.az