Cəmiyyət
Kosa və Keçəlin metro macəraları - FOTOREPORAJ
Novruz bayramı münasibətilə Bakı Metropoliteninin muzey eksponatları hesab olunan retro vaqonların "İçərişəhər" stansiyasında nümayişinə başlanılıb. Oxu.Az PhotoStock.Az-a istinadla xəbər verir ki, sərnişinlər martın 21-dək səhər saat 10:00-dan axşam saat 22:00-dək sərnişindaşımaya cəlb edilməyən stansiya yolunda vaqonlarla yaxından tanış ola, foto və video çəkə bilərlər. SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olmuş "A" tipli, həmçinin "Q" və "Ej" tipli vaqonlar bayramla əlaqədar xüsusi bəzədilib, Novruz bayramının əsas personajlarından sayılan Kosa və Keçəl sərnişinlərin görüşünə gəliblər. Baharın müjdəçiləri üç gün ərzində saat 10:00-dan saat 16:00-dək metronun "İçərişəhər" stansiyasında məzəli zarafatları, şeirləri, dadlı-duzlu sorğu-sualları ilə təkcə balaca sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edəcəklər.
Daha çox şəkil burada: PhotoStock.Az
Daha çox şəkil burada: PhotoStock.Az
Mənbə
oxu.az