İdman

Rəsul Çunayev: "Güləş insanı fiziki və ruhi cəhətdən gücləndirir"

19 Mar 2026, 15:54 1 baxış
Rəsul Çunayev: "Güləş insanı fiziki və ruhi cəhətdən gücləndirir"
"Mən həmişə güləşin inkişafı üçün əlimdən gələni edirəm". Oxu.Az xəbər verir ki, bunu olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə deyib. "Güləş mübarizə və əzmkarlıq idmanıdır. O, insanı həm fiziki, həm də ruhi cəhətdən gücləndirir, ayaq üstə durmağı öyrədir. Mən həmişə güləşin inkişafı üçün əlimdən gələni edirəm. Çəkdiyim əziyyətlərin sonunda qələbə qazandığım zaman isə düşünürəm ki, bütün bunlara dəyər. Bu unudulmaz hissləri hər birinizin yaşamasını arzulayıram", - Çunayev bildirib. Xatırladaq ki, yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayev yanvarın 26-da Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər