İdman
"Araz-Naxçıvan"ın legionerlərinə beynəlxalq dəvət gəldi
"Araz-Naxçıvan" klubunun iki legioner futbolçusu ölkələrinin əsas yığma komandalarına dəvət alıb. Naxçıvan təmsilçisindən Oxu.Az-a verilən məlumata görə, bunlar Kristian Avram və Felipe Santosdur. Kristian Avram Moldova yığmasının heyətində iki fərqli sınaqda iştirak edə bilər. Futbolçu martın 26-da "Zimbru" stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kipr millisi ilə baş tutacaq matçlarda baş məşqçinin etimad göstərəcəyi halda yaşıl meydanda mübarizə aparacaq. Felipe Santos isə martın 23-dən 31-nə qədər Benin milli komandasının hazırlıq düşərgəsinə qatılacaq. Legioner oyunçu martın 27-də Fələstin, 31-də isə Qvineya seçməsi ilə keçiriləcək qarşılaşmalarda iştirak etmək üçün yığmaya dəvət edilib.
Mənbə
oxu.az