Digər

İran BƏƏ-dən ABŞ zərbələrinə görə təzminat tələb edir

19 Mar 2026, 13:50 2 baxış
İran BƏƏ-dən ABŞ zərbələrinə görə təzminat tələb edir

BƏƏ ərazisinin hücumlar üçün istifadəsinə icazə verilməsi beynəlxalq hüquqa zidd hərəkət sayılır və bununla əlaqədar bütün maddi və mənəvi zərərlərə görə kompensasiya tələb edirik.


Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT Baş katibinə göndərdiyi məktubda bildirib.


O, BƏƏ-ni ABŞ hücumlarında iştirakda günahlandırıb:


“Fevralın 28-dən etibarən BƏƏ və bəzi qonşu ölkələrin ərazisi ABŞ və müttəfiqləri tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunub. Bu hərəkət beynəlxalq hüquqa ziddir və bundan irəli gələn məsuliyyət BƏƏ hakimiyyətinə əvvəlcədən bildirilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər