İdman
Çempionlar Liqasında tarixi antirekord: İngiltərə futbolunun "QARA GÜNÜ"
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub və İngiltərənin dörd komandası - "Nyukasl Yunayted", "Mançester Siti", "Tottenhem" və "Çelsi" Avropanın ən mötəbər klub turniri ilə vidalaşmaq məcburiyyətində qalıblar. Oxu.Az "Opta" nəşrinə istinadən xəbər verir ki, Çempionlar Liqasının tarixində ilk dəfədir ki, eyni ölkəni təmsil edən dörd fərqli komanda mövsümün eyni mərhələsində mübarizədən kənarlaşdırılıb. Xatırladaq ki, İngiltərə təmsilçilərindən yalnız "Arsenal" və "Liverpul" Çempionlar Liqasında çempionluq uğrunda mübarizəni davam etdirirlər.
Mənbə
oxu.az