Digər

Qətər İran diplomatlarına 24 saat vaxt verdi

19 Mar 2026, 10:07 2 baxış
Qətər İran diplomatlarına 24 saat vaxt verdi

Qətər İranın hərbi və təhlükəsizlik attaşelərinə və onların əməkdaşlarına 24 saat ərzində ölkəni tərk etmək göstərişi verib.


Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.


“Həm hərbi attaşe, həm də səfirliyin təhlükəsizlik attaşesi, eləcə də onların əməkdaşları arzuolunmaz şəxs elan edilib və biz onların ölkəni maksimum 24 saat ərzində tərk etmələrini tələb edirik”, - məlumatda deyilib.


Qeyd edək ki, buna səbəb İranın Qətərin neft və qaz obyektlərinin yerləşdiyi Ras Laffan sənaye mərkəzinə hücumudur.

Mənbə axar.az

Oxşar Xəbərlər