İdman

Misli Premyer Liqası: Lider "Sabah" "Sumqayıt"ı sınağa çəkir

19 Mar 2026, 09:00 1 baxış
Misli Premyer Liqası: Lider "Sabah" "Sumqayıt"ı sınağa çəkir
Bu gün Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" klubu "Zirə" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Bank Respublika Arena"da oynanılacaq. Misli Premyer Liqası XXV tur 19 mart 15:00. "Karvan-Yevlax" - "Zirə" Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov VAR: Cavid Cəlilov AVAR: Müslüm Əliyev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Mübariz Hüseynov Yevlax şəhər stadionu. 19:15. "Sabah" - "Sumqayıt" Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli VAR: Kamranbəy Rəhimov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Zümrüd Ağayeva "Bank Respublika Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər