Digər

İran Bəhreyndə LNG zavoduna zərbə endirdi

19 Mar 2026, 01:40 2 baxış
İran Bəhreyndə LNG zavoduna zərbə endirdi

İran qoşunları Bəhreyndəki mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı zavoduna raket zərbəsi endirib.


Axar.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.


"Bəhreyndə Amerikanın maraq obyekti hesab edilən zavod güclü raket zərbələrinə məruz qalıb və zərbə endirilməsi indiyədək davam edir", - məlumatda bildirilib.


Qeyd edilir ki, həmin obyekt Bəhreynin adalarından birini Səudiyyə Ərəbistanı ilə birləşdirən körpünün yaxınlığında yerləşir. Agentliyin məlumatına görə, zavoddakı partlayış nəticəsində körpü də ciddi şəkildə zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər