Digər
Bu hücum heç bir nəticə verməyəcək - Pezeşkian
İranın enerji infrastrukturuna hücum heç bir nəticə verməyəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib.
"Bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək və bütün dünyanı bürüyə biləcək nəzarətsiz nəticələrə səbəb ola bilər", - Pezeşkian qeyd edib.
Qeyd edək ki, ABŞ və İsrail Cənubi Pars yatağına zərbələr endirib.
Mənbə
axar.az