Digər

FES-dən faiz dərəcəsi ilə bağlı mühüm qərar

18 Mar 2026, 23:41 2 baxış
FES-dən faiz dərəcəsi ilə bağlı mühüm qərar

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə FES-in məlumatında bildirilib.


Qeyd edilib ki, Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə risklərə diqqətlə yanaşır. Öz məqsədlərini dəstəkləmək üçün komitə federal fondlar üzrə dərəcənin hədəf diapazonunu 3,5-3,75 % səviyyəsində saxlamaq qərarına gəlib.


"Hədəf dərəcəsinə əlavə düzəlişlərin miqyası və müddətləri nəzərdən keçirilərkən komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risk balansını diqqətlə qiymətləndirəcək. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir", - deyə məlumatda qeyd edilib.


Xatırladaq ki, cari ilin yanvar ayında keçirilən son iclasda da FES dərəcəni dəyişməz saxlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər