İdman

Millimiz üç oyuna 20 qol buraxdı

18 Mar 2026, 21:48 1 baxış
Millimiz üç oyuna 20 qol buraxdı

Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü matçına çıxıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, komanda B Liqasının 3-cü qrupunda Farer adaları ilə qarşılaşıb. Görüşdə Farer adaları Azərbaycan millisinə 6:1 hesabı ilə qalib gəlib.


Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub.


Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) da uduzub.

Mənbə axar.az

Oxşar Xəbərlər