İdman
Azərbaycan millisi Farer adalarına böyük hesabla uduzdu
Azərbaycanın qadınlardan ibarət U-17 millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü matçına çıxıb. Oxu.Az xəbər verir ki, B Liqasının üçüncü qrupunda yer alan yığma Farer adalarının müvafiq yaş qrupundan ibarət kollektivinə 1:6 hesabı ilə uduzub. Yığmamızın yeganə qolunu 42-ci dəqiqədə Könül Hüseynova vurub. Xatırladaq ki, U-17 millimiz daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) da uduzub.
Mənbə
oxu.az