İdman

"Neftçi" ilə oyunda hakimi təhqir edən "Qarabağ"ın məşqçisi cəzalandırıldı

18 Mar 2026, 17:58 1 baxış
"Neftçi" ilə oyunda hakimi təhqir edən "Qarabağ"ın məşqçisi cəzalandırıldı
AFFA İntizam Komitəsi "Qarabağ"ın U-12 komandasının baş məşqçisi Şöhrət Yusifovu sərt cəzalandırıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Məlumata görə, cəzaya səbəb baş məşqçinin AFFA U-12 Liqası çərçivəsində keçirilən "Neftçi" ilə qarşılaşmanın 21-ci dəqiqəsində hakimlər briqadasına ünvanladığı təhqirlər və bunun ardınca meydandan kənarlaşdırılması olub. Qurumun çıxardığı yekun qərara əsasən, Şöhrət Yusifov dörd oyunluq diskvalifikasiya cəzasına məruz qalıb.
"Neftçi" ilə oyunda hakimi təhqir edən "Qarabağ"ın məşqçisi cəzalandırıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər