Digər

HƏMAS-ın yüksək vəzifəli maliyyəçisi öldürüldü

18 Mar 2026, 16:12 2 baxış
HƏMAS-ın yüksək vəzifəli maliyyəçisi öldürüldü

HƏMAS-ın yüksək səviyyəli maliyyəçisi İsrailin Livanın Sidon şəhərinə endirdiyi zərbə nəticəsində ölüb.


Axar.az xəbər verir ki, bu barədə “Şin Bet” məlumat yayıb.


“Hücum nəticəsində Vissam Mustafa Hüseyn Taha öldürülüb. O, HƏMAS üçün dünya üzrə yüz milyonlarla dollar vəsait toplamaqla məşğul olub.


Taha HƏMAS-ın “maliyyə toplama aparatı”nın rəhbəri İssam Xaşanın tabeliyində fəaliyyət göstərirdi.


Taha və digər HƏMAS üzvlərinin topladığı vəsaitlər terrorun maliyyələşdirilməsi, hərbi güclənmə və hərbi qanaddakı üzvlərin maaşlarının ödənilməsi üçün istifadə olunur”, - məlumatda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər