Digər

İsrail Laricanini buna görə hədəf elan etmişdi

18 Mar 2026, 15:34 2 baxış
İsrail Laricanini buna görə hədəf elan etmişdi

İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının qətlə yetirilmiş katibi Əli Laricani 2025-ci ilin sentyabr ayından keçid dövrü üçün ABŞ və İsrailin favorit namizədi idi, lakin indiki müharibədə üç səbəbə görə hücum hədəfinə çevrildi.


Axar.az xəbər verir ki, bunu CNN-in əməkdaşı Kristiana Amanpur qeyd edib.


Amanpurun sözlərinə görə, Laricaninin hədəfə çevrilməsinə səbəbləri onun etirazçıları yatırmaq üçün göstərdiyi səylər, ABŞ və İsrailə hücumlara liderliyi, eləcə də SEPAH-ın xüsusən Körfəz Əməkdaşlıq Şurası ölkələrinə zərbə strategiyasının hazırlanmasındakı həlledici rolu olub.


Qeyd edək ki, Əli Laricani ötən gün İsrailin endirdiyi zərbələr nəticəsində ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər