İdman
Çempionlar Liqasında həlledici gecə: "Liverpul" və "Qalatasaray" üz-üzə gəlirlər
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq. Oxu.Az xəbər verir ki, "Liverpul" İngiltərədə Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. "Enfild" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. UEFA Çempionlar Liqası 1/8 final mərhələsi 19 mart 00:00. "Liverpul" - "Qalatasaray" Qeyd edək ki, bu cütlüyün ilk oyununda "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanıb.
Mənbə
oxu.az