İdman
Misli Premyer Liqasında XXV tura start verilir
Bu gün Misli Premyer Liqasında XXV tura bir oyunla start veriləcək. Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" - "Araz-Naxçıvan"ı qəbul edəcək. Şamaxı şəhər stadionundakı matç saat 15:00-da başlayacaq. Qeyd edək ki, "Şamaxı" 30 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 36 xalla beşincidir. Misli Premyer Liqası XXV tur 18 mart 15:00. "Şamaxı" - "Araz-Naxçıvan" Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov. VAR: Fərid Hacıyev. AVAR: Rəhman İmami. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Şamaxı şəhər stadionu.
Mənbə
oxu.az