İdman

"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atdı

18 Mar 2026, 04:18 1 baxış
"Budyo Qlimt" Çempionlar Liqasında ilkə imza atdı
"Budyo Qlimt" futbol klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində ardıcıl altı oyunda start heyətini dəyişməyən ilk klub olub. Oxu.Az bu barədə Championat.com-a istinadən xəbər verir. "Budyo Qlimt" ÇL-nin 1/8 final mərhələsində iki görüşün yekununda "Sportinq"ə 3:5 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Norveç təmsilçisi daha əvvəl turnirin ümumi mərhələsinin oyunlarında "Mançester Siti"ni 3:1, "Atletiko Madrid"i isə 2:1 hesabı ilə məğlub etmişdi. Pley-off mərhələsində "Budyo Qlimt" iki görüşün cəmində "İnter"ə 5:2 hesabı ilə qalib gəlib. Qeyd edək ki, klubun əsas heyətindəki 11 futbolçudan 9-u norveçlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər