İdman

UEFA Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" növbəti mərhələyə adladılar - VİDEO

18 Mar 2026, 02:12 1 baxış
UEFA Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" növbəti mərhələyə adladılar - VİDEO
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd cavab qarşılaşması keçirilib. Oxu.Az xəbər verir ki, bu mərhələnin mərkəzi qarşılaşması "Mançester Siti" və "Real Madrid" klubları arasında baş tutub.
Matçın 20-ci dəqiqəsində Bernardu Silva birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Vinisius Juniorun dubluna (biri penaltidən) Erlinq Holand 41-ci dəqiqədə fərqlənməklə cavab verib. Tərəflər arasında ilk qarşılaşma ispanların 3:0 hesablı qalibiyyəti ilə başa çatdığından "kral klubu" növbəti mərhələyə adlayıb. İlk görüşdə səfərdə "Bayer Leverkuzen"lə heç-heçəyə (1:1) razılaşan "Arsenal" öz meydanında Almaniya təmsilçisinə heç bir şans verməyib - 2:0. Ebereçi Eze və Deklan Rays londonlularu 1/4 final mərhələsinə çıxarına qolları vurublar.
Turnirin ötənilki qalibi PSJ isə səfərdə "Çelsi"dən üstün olub - 0:3. Fransa təmsilçisi ilk görüşdə "Çelsi"ni 5:2 hesabı ilə məğlub etdiyinə görə, PSJ 1/4 finala adlayıb.
Qeyd edək ki, daha əvvəl keçirilmiş matçda "Sportinq" evdə "Budyo Qlimt"i 5:0 (iki görüşün yekununda 5:3) hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər