İdman

"Fənərbağça" böyük hesabla qalib gəldi

18 Mar 2026, 01:07 1 baxış
"Fənərbağça" böyük hesabla qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura start verilib.


Axar.az xəbər verir ki, açılış oyununda "Fənərbağça" evdə "Qaziantepspor"la qarşılaşıb. İstanbul təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:1.


Ev sahibi komandanın heyətində Dorjeles Nene het-trik edib, digər qolun müəllifi Nqolo Kante olub. Qonaqlardan isə Aleksandru Maksim fərqlənib.


Qeyd edək ki, bu nəticədən sonra xallarını 60-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər