İdman

İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək? - AÇIQLAMA

17 Mar 2026, 01:42 1 baxış
İran millisi 2026-cı il dünya çempionatında iştirak edəcək? - AÇIQLAMA
İranın futbol üzrə milli komandası 2026-cı il dünya çempionatında iştirak etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con "Associated Press"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İran AFX-nin üzvüdür və hazırda İran Futbol Federasiyası turnirdə iştirak edəcəklərini təsdiqləyib. Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər