İdman

Azərbaycan idmançılarının medalları yenisi ilə əvəzləndi

16 Mar 2026, 22:07 1 baxış
Azərbaycan idmançılarının medalları yenisi ilə əvəzləndi

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.


Milli Olimpiya Komitəsindən (MOK) Axar.az-a verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.


Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.


Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər