Cəmiyyət

Bayram günlərində suyun kəsilməməsi üçün... - ADSEA

16 Mar 2026, 17:05 2 baxış
Bayram günlərində suyun kəsilməməsi üçün... - ADSEA

Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əhalinin içməli su təchizatında fasilələrin yaranmaması üçün bütün zəruri tədbirlər görüləcək.


Axar.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Su Təchizatı QSC-dən bildirilib.


Məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təşkil olunacaq.


Bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər