Cəmiyyət
Bakıda duman nə vaxta qədər olacaq? - RƏSMİ
Bakı şəhərinin bəzi ərazilərini qatı duman bürüyüb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur. "Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir. Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq", - məlumatda bildirilib. Samir Əli
Mənbə
oxu.az