İdman

U-20-nin yeni baş məşqçisi: "Fernandu Santuşla da, onun köməkçiləri ilə də danışmışam"

16 Mar 2026, 14:34 1 baxış
U-20-nin yeni baş məşqçisi: "Fernandu Santuşla da, onun köməkçiləri ilə də danışmışam"
"Sizinlə bir yerdə olmaq mənim üçün qürurdur". Oxu.Az xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni təyin olunmuş baş məşqçisi Rui Jorje deyib O bildirib ki, qarşıdakı dövrdə komanda ilə birlikdə yaxşı təcrübə əldə edəcəyinə inanır: "Uğur qazanmaq üçün çalışmaq lazımdır. Buna nə mən, nə də başqa bir məşqçi zəmanət verə bilər. Bir komandada uğur qazanmaq futbolçuların istəyindən və əzmindən asılıdır. Onlar üzərində çalışaraq yüksək səviyyədə çıxış etmək istəyində olmalıdırlar. Bunları hazırlaya bilsək, əlbəttə, uğur qazana bilərik". "Fernandu Santuşla da, onun köməkçiləri ilə də danışmışam. Həm ölkə, həm də insanlar haqqında çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən yalnız müsbət şeylər eşitdim. Onunla danışığımdan sonra buraya gəldim və onun dediklərinin doğru olduğunu gördüm", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər