İdman
Rui Jorjenin qarşısına hansı məqsədlər qoyulub?
"Azərbaycanın U-20 millisində baş məşqçi postuna bir neçə namizəd olub". Oxu.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rui Jorjenin təqdimat mərasimində deyib. AFFA rəsmisi Rui Jorjenin seçilməsinin səbəbini açıqlayıb: "Portuqaliyanın U-21 millisindəki nəticələri, futbolçu kimi təcrübəsi bu məqamlarda əsas götürüldü. Hazırda baş məşqçinin qarşısına qoyulan məqsəd odur ki, qrup mərhələsində uğurla çıxış etsin, rəqiblərlə mübarizə aparsın, meydanda döyüşə bilsin. Hazırda komandanın qarşısına ancaq dünya çempionatı ilə bağlı məqsədlər qoyulub. Artıq çempionatdan sonra qazanılan nəticəyə əsasən gələcəklə bağlı qərar verə biləciyik". Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Mənbə
oxu.az