Digər

Netanyahudan “öldüyü” haqda xəbərə reaksiya - Video

15 Mar 2026, 20:32 2 baxış
Netanyahudan “öldüyü” haqda xəbərə reaksiya - Video

İsrail Baş naziri Benyamin Netanyahu öldüyü və bir müddət öncə canlı yayımda özünün deyil, süni intellektin müraciət etdiyi barədə iddialara aydınlıq gətirib.


Axar.az xəbər verir ki, Netanyahu video paylaşaraq, yalnız “kofedən ötrü öldüyünü” bildirib.


O, eyni zamanda kameralara barmaqlarını da göstərib və əlindəki barmaqların 5 olduğunu nümayiş etdirib.


Qeyd edək ki, bundan öncə Netanyahunun İranın endirdiyi zərbələr nəticəsində öldüyü, efirdə çıxış edənin isə süni intellekt olduğu iddiası yayılmışdı. Həmin iddianı irəli sürənlər videoda Netanyahunun əlində “6 barmaq” görünməsini də bu ehtimalın sübutu saymışdılar.

Mənbə axar.az

Oxşar Xəbərlər