Digər

Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

15 Mar 2026, 18:53 2 baxış
Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış

Özbəkistanda, Səmərqənd vilayətinin Koşrabad rayonunda yaşayan Onarxol Kubayeva indiyədək SSRİ pasportu ilə yaşasa da, nəhayət Özbəkistanın ID-kartını alıb.


Axar.az Bizim Media.az-a istinadən xəbər verir ki, Kubayeva 1972-ci ildə Nuratada anadan olub.


Onun sözlərinə görə, ailə problemləri səbəbindən uzun illər pasportunu dəyişə bilməyib.


Martın 14-də yerli hakimiyyət orqanları qadına ilk Özbəkistan şəxsiyyət vəsiqəsini rəsmiləşdirməkdə kömək edib.


Beləliklə, Kubayeva rəsmi şəkildə müstəqil Özbəkistanın vətəndaşı olub və artıq ölkənin ID-kartını daşıyacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər