Digər

Nə qədər, Orban baş nazirdir, Ukrayna AB-yə qoşulmayacaq

15 Mar 2026, 17:42 2 baxış
Nə qədər, Orban baş nazirdir, Ukrayna AB-yə qoşulmayacaq

Viktor Orban Macarıstanın Baş naziri olduğu müddətcə Ukrayna AB-yə qoşulmayacaq, Macarıstanın pulu Kiyevə verilməyəcək və Ukraynaya bir nəfər də olsun macar əsgəri göndərilməyəcək.


Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.


"Brüssel, Berlin və Kiyevdə yaxşı bilirlər ki, Viktor Orban Macarıstanın Baş naziri olduğu müddətcə Macarıstan müharibədən kənarda qalacaq. Onlar yaxşı bilirlər ki, Viktor Orban Baş nazir olduğu müddətcə biz bir əsgərin və ya gəncin Ukrayna cəbhəsinə getməsinə icazə verməyəcəyik. Viktor Orban Baş nazir olduğu müddətcə Macarıstan pulları Ukraynaya göndərilməyəcək və Ukrayna heç vaxt Avropa Birliyinə qoşulmayacaq", - Siyarto bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər