Digər

Səməd Vurğunun nadir fotosu üzə çıxdı

14 Mar 2026, 13:00 2 baxış
Səməd Vurğunun nadir fotosu üzə çıxdı

Tarixçi alim Cəmil Həsənli Səməd Vurğunun nadir fotosunu üzə çıxarıb.


Kult.az Yeni Sabah-a istinadən xəbər verir ki, şairin fotosunu paylaşan alim bildirib ki, şəkli 18-20 il əvvəl Moskvada Rusiya Kino-Foto, Sənədlər Arxivində işləyərkən əldə edib:


“Səməd Vurğunun 120-ci doğum gününə bir həftə qalır (Səməd Vurğun 1906-cı il 21 martda anadan olub - red.). Qoy bu foto da böyük şairin ruhuna hədiyyə olsun.


Foto SSRİ yazıçılarının 1954-cü ilin 15-26 dekabr tarixlərində keçirilən ikinci qurultayında çəkilib. Orada Səməd Vurğun Sovet poeziyası haqqında geniş məruzə etmişdi.


Qurultay uzun çəkmişdi. Mixail Şoloxovun qurultayda Sovet rəhbərliyinin ədəbiyyat siyasətini tənqid etməsi, SSRİ-də "boz ədəbiyyat" təhlükəsi haqqında danışması kəskin mübahisələrə səbəb olmuşdu. Hamı yorulmuşdu. Bu foto həmin yorğunluğun dolğun bir kompoziyasıdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər