Digər

Rusiya Kiyev vilayətini vurdu: ölənlər var

14 Mar 2026, 10:09 2 baxış
Rusiya Kiyev vilayətini vurdu: ölənlər var

Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı 2 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.


Axar.az xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik Teleqram kanalında yazıb.


"Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kalaşnik bildirib.


O qeyd edib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb:


“Orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər