Digər

Türkiyədən xəbərdarlıq: Tramp müharibəni uzatmayacaq...

14 Mar 2026, 01:14 2 baxış
Türkiyədən xəbərdarlıq: Tramp müharibəni uzatmayacaq...

Türkiyənin İranla bağlı mövqeyi aydın və ardıcıldır. Biz müharibənin mümkün qədər tez bitməsini istəyirik və bu istiqamətdə səylərimiz davam edir.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz bildirib.


“İran məsələsində vasitəçilik etmək üçün ciddi səylər göstərdik, lakin danışıqlar masası son anda Omanda quruldu. Təəssüf ki, müsbət nəticə əldə olunmadı və proseslər müharibə ilə nəticələndi”, - C.Yılmaz vurğulayıb.


Vitse-prezident qarşıdurmanın bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hazırda regionda qeyri-müəyyənlik mövcuddur, dəqiq proqnoz vermək mümkün deyil:


“Həm iqtisadi, həm də humanitar baxımdan risklər mövcuddur. ABŞ Prezidenti Donald Trampın ümumi yanaşmasından belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər