Digər

Türkiyədə 7 bal gücündə zəlzələ... - Pampal

13 Mar 2026, 16:25 2 baxış
Türkiyədə 7 bal gücündə zəlzələ... - Pampal

Türkiyənin Tokat vilayətində 6-7 bal gücündə zəlzələ yaratmaq potensialına malik aktiv faylar mövcuddur.


Axar.az xəbər verir ki, bunu türkiyəli zəlzələ üzrə mütəxəssis Süleyman Pampal bildirib.


Mütəxəssisin sözlərinə görə, bu bölgədə xüsusilə Qırıqqala-Erba fay zonası kimi tanınan və Tokatın cənub-qərbindən keçən şərq-qərb istiqamətli bir fay xətti yerləşir:


“Bu fay xəttinin 6-7 bal gücündə zəlzələ yaratma ehtimalı var.


Bu gün zəlzələ baş verən yerdə də Şimali Anadolu Fay Zonasını kəsən daha bir aktiv fay xətti var. Hətta 6-7 bal gücünə qədər zəlzələ yarada bilər”.


Qeyd edək ki, bu gün Türkiyənin Tokat vilayətinin Niksar rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər