Siyasət
Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq
Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycanda keçiriləcək WUF13-də iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov bildirib.
Qeyd edək ki, 17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək.
Mənbə
axar.az