Siyasət

Şahmar Mövsümov: "Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq layihələrin sayı 2700-dən çoxdur"

13 Mar 2026, 13:49 1 baxış
Şahmar Mövsümov: "Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq layihələrin sayı 2700-dən çoxdur"
"Ələt Dəniz Limanında daşınmaların miqdarını artırmaq niyyətindəyik". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı" mövzusunda panel müzakirəsi zamanı deyib. O bildirib ki, ticarət sahəsində böyük çətinliklər mövcuddur: "Biz çalışırıq ki, mövcud imkanlardan maksimum səmərə ilə istifadə edək və bu coğrafiyanın potensialını mümkün qədər effektiv şəkildə optimallaşdıraq. Uzunmüddətli strateji baxışa əsaslanaraq, son illərdə texnoloji dəyişiklikləri və inkişaf strategiyalarını əməkdaşlıq çərçivəsində formalaşdırmışıq. Azərbaycan hazırda bir çox beynəlxalq layihələrdə iştirak edir və onların sayı artıq 2700-dən çoxdur. Hazırda Ələt limanından hazırda 15 milyon ton miqdarında yük daşınır. Biz bunu 20 milyon tona çatdırmağı planlayırıq". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər