Siyasət

Çin Azərbaycanda keçiriləcək üç beynəlxalq tədbirdə təmsil olunacaq

13 Mar 2026, 11:03 1 baxış
Çin Azərbaycanda keçiriləcək üç beynəlxalq tədbirdə təmsil olunacaq
"Çin bu il Azərbaycanda keçiriləcək üç beynəlxalq tədbirdə iştirak edəcək". Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey brifinqdə çıxışı zamanı deyib. O diqqətə çatdırıb ki, bu il Azərbaycan BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının illik toplantısına, 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinə ev sahibliyi edəcək. "Çin tərəfi də bu tədbirlərdə fəal iştirak edəcək", - deyə səfir bildirib. Töhfə Səməd
Mənbə oxu.az

Oxşar Xəbərlər