Maraqlı
Kifayət qədər yatdığınız halda niyə yorğun olursunuz? - Səbəblər açıqlandı
Bir çox insan yorğunluğun yalnız yuxusuzluqdan qaynaqlandığını düşünür. Lakin bəzən 7-8 saatlıq yuxudan sonra belə, insan özünü halsız və yuxulu hiss edə bilər. Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, ABŞ-nin "Mayo" klinikasının araşdırmaları göstərir ki, davamlı gündüz yuxululuğu təkcə yuxu rejimi ilə bağlı deyil; bura həyat tərzi, stres və gizli tibbi problemlər də daxildir. Həkimlərin fikrincə, yuxunun müddəti qədər onun keyfiyyəti də önəmlidir. Yorğunluğun əsas səbəbləri aşağıdakılardır: - Yuxu apnoesi: Yuxu zamanı tənəffüsün qısamüddətli kəsilməsi vəziyyətidir. İnsan bunu hiss etməsə də, beyin daim "oyanır" və dərin yuxu fazasına keçə bilmir. - Melatonin balanssızlığı: Yatmazdan əvvəl telefondan istifadə etmək və ya gecə saatlarında işləmək yuxu hormonu olan melatoninin istehsalını pozur. - Qidalanma faktoru: Çox miqdarda şəkərli və karbohidratlı qidaların qəbulu qan şəkərinin qəfil yüksəlib-düşməsinə, bu da kəskin yorğunluğa səbəb olur. - Oturaq həyat tərzi: Hərəkətsizlik enerji səviyyəsini aşağı salır. Araşdırmalar göstərir ki, yüngül idman hərəkətləri yuxu keyfiyyətini artırır. - Vitamin çatışmazlığı: Xüsusilə dəmir, B və D vitaminlərinin əskikliyi hüceyrələrin enerji istehsalına mane olur. Mütəxəssislər qeyd edirlər ki, orqanizmin daxili bioloji saatını (sirkad ritmlərini) qorumaq sağlam və gümrah qalmağın ən əsas şərtidir.
Mənbə
oxu.az