Siyasət

Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürür

13 Mar 2026, 00:24 1 baxış
Yunanıstan Tehrandakı səfirliyini Bakıya köçürür
Yunanıstanın Tehrandakı səfirliyi İrandakı vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycanın paytaxtı Bakıya köçürülür. Oxu.Az ertnews.gr saytına istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu qərar münaqişə şəraitində Afinanın diplomatik missiyasının İran paytaxtında qalmasının artıq təhlükəsiz hesab edilməməsi ilə əlaqədar qəbul olunub. Nazirliyin məlumatına görə, İranda çox az sayda yunan yaşayır və repatriasiya ilə bağlı heç bir müraciət daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər