Siyasət

Əli Əsədov Jose Ramos Horta ilə görüşüb

12 Mar 2026, 17:35 1 baxış
Əli Əsədov Jose Ramos Horta ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 12-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüş zamanı Timor-Leste prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər