Siyasət

ÜST-nin baş direktorundan BMT-yə SƏRT İTTİHAMLAR: "Ciddi islahatlara ehtiyac var"

12 Mar 2026, 17:58 1 baxış
ÜST-nin baş direktorundan BMT-yə SƏRT İTTİHAMLAR: "Ciddi islahatlara ehtiyac var"
"BMT daxilində nəzərəçarpan dəyişikliklər olmalıdır". Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bəzi BMT qurumlarında iş prosesi köhnə idarəçiliyə əsaslanır: "Buna görə də islahatların həyata keçirilməsi zəruridir. Biz çoxtərəflilikdən yanayıq, islahatları dəstəkləyirik. Bu ona görə vacibdir ki, bəzi üzv dövlətlər nizamnaməni pozmasınlar. Onlar istəyirlər ki, quruma diqtə etsinlər". Qurum sədri vurğulayıb ki, ÜST müxtəlif təhdidlərlə üzləşir: "Məsələn, sərhəd tanımayan pandemiya, iqlim dəyişiklikləri və s. Beynəlxalq hüquq rəhbər tutulmalıdır. Əsas üzv dövlətlər öz qəbul etdiyi qaydalara əməl etməli və nəzarət mexanizmini həyata keçirməlidir. Qeyd etməliyəm ki, BMT-nin Təhlükəsizlik Şurasının tərkibində ciddi islahatlara ehtiyac var. Problem bu beşlikdən başlayır. Onlar veto hüququndan istifadə edirlər. 1945-ci ildən yaradılan idarəçilik - "qaliblər hər şeyə sahibdir" yanaşması doğru deyil". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər