Siyasət

Prezidentin köməkçisi: "Qlobal multilateralizmdə əsas problem siyasi iradənin çatışmazlığıdır"

12 Mar 2026, 16:38 1 baxış
Prezidentin köməkçisi: "Qlobal multilateralizmdə əsas problem siyasi iradənin çatışmazlığıdır"
"Qlobal multilateralizmdə əsas problem siyasi iradənin çatışmazlığıdır. Bu, bir nömrəli problemdir. İkinci problem isə ikili standartlar və beynəlxalq hüququn bəzi qaydalarının və prinsiplərinin seçmə şəkildə tətbiq edilməsidir". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda "Multilateralizmin böhranı - qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib. O bildirib ki, digər məsələ isə bəzi çoxtərəfli institutların uyğunlaşma qabiliyyətinin zəif olması ilə bağlıdır: "Hətta BMT sisteminin daxilində belə bəzən institutlar əməkdaşlıq etmək əvəzinə bir-biri ilə rəqabət aparırlar və məhdud resurslara baxmayaraq, bu rəqabət davam edir. Bu şəraitdə Azərbaycan kimi ölkələr "orta güc" konsepsiyasına daha çox müraciət edirlər. Bizim baxışımıza görə bu o deməkdir ki, geniş çoxtərəfli institutlarda kənardan kimsənin gəlib bizim regionu və gündəliyi necə formalaşdırmalı olduğumuzu deməsini gözləmək əvəzinə təşəbbüsü öz əlimizə almalıyıq və müəyyən mövzular ətrafında həmfikir ölkələri bir araya gətirməliyik. Burada iki anlayış var: "istəkli ölkələrin koalisiyası" və "dəyişkən həndəsə". Bu halda coğrafiya o qədər də əhəmiyyətli deyil. Məsələn, Azərbaycan, Avstraliya və Türkiyə COP gündəliyi üzrə birlikdə işləyə bilər. Biz hazırda iqlim diplomatiyası sahəsində Efiopiya ilə də əməkdaşlıq edirik. Bu göstərir ki, həmfikir ölkələr bir araya gələndə dəyişkən diplomatiya və dəyişkən həndəsə mühüm rol oynayır. Bu yanaşma regionumuzda sülh və təhlükəsizlik məsələləri üçün də keçərlidir. Azərbaycan Prezidentinin bu gün vurğuladığı kimi, biz çoxtərəfli institutların gəlib problemlərimizi həll etməsini gözləmədik". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər